Modern.az

Mişel sərhəd missiyasını ALQIŞLADI - Yardım edəcək

Mişel sərhəd missiyasını ALQIŞLADI - Yardım edəcək

17 Oktyabr 2022, 19:08

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel təşkilatın Ermənistanda mülki monitorinq missiyasının yerləşdirilməsini alqışlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, "Twitter" hesabında yazıb.

 

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşün ardınca monitorinq imkanlarının Ermənistanın Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimad yaradılmasına yardım edəcək və tezliklə Brüsseldə çağırılacaq sərhəd komissiyalarına Aİ-nin daha yaxşı dəstək verməsinə imkan verəcək”, - deyə Mişel vurğulayıb.

 

Qeyd edək ki, Aİ-nin mülki missiyası ilə bağlı razılıq Praqada baş tutan dördtərəfli görüş zamanı qəbul edilib. Missiya bu gün Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü zamanı təsdiqlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI