Modern.az

Türkiyədə ağır qəza - 24 nəfər yaralandı

Türkiyədə ağır qəza - 24 nəfər yaralandı

Dünya

19 Oktyabr 2022, 01:00

Türkiyənin Manisa bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 24 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb. 

 

Məlumata görə, mikroavtobus ötmə əməliyyatını düzgün həyata keçirməyən digər mikroavtobusu vurmamaq üçün sərnişin avtobusları və minik avtomobillərinə çırpılıb. 

 

Bundan sonra yolda 5 km-lik tıxac yaranıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI