Almaniya Ukrayna Silahlı Qüvvələrinə minlərlə qış geyimi təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. Bildirilib ki, Ukraynaya 240 min qış papağı, 116 min isti gödəkçə və 80 min şalvar göndərilib.
Almaniya növbəti göndərişdə qış geyimlərindən əlavə, Ukrayna ordusuna 167 min patron, 183 elektrik generatoru, 100 çadır və yeddi ponton sistemi bağışlayıb.
Hərbi yardım paketinə, həmçinin MARS II raket sistemləri və PzH 2000 özüyeriyən artilleriya qurğuları daxildir.
Akif İsmayılov