Modern.az

İranda iğtişaşlara görə 14 əcnəbi həbs edildi

İranda iğtişaşlara görə 14 əcnəbi həbs edildi

19 Oktyabr 2022, 21:14

İran hakimiyyəti son həftələr ərzində ölkədə baş vermiş iğtişaşlara görə 14 xarici vətəndaşı həbs edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Fars" informasiya agentliyi məlumat yayıb.

 

Bildirilib ki, həbs edilən şəxslər ABŞ, Rusiya, Avstriya, Fransa, Böyük Britaniya və Əfqanıstan vətəndaşlarıdır.

 

"Həbs edilənlərin çoxu Əfqanıstan vətəndaşlarıdır", - məlumatda deyilir.

 

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əminin ölümü kütləvi etiraz aksiyalarına səbəb olub. Polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalan qızın ölümünə görə keçirilən aksiyalara dünyanın əksər ölkələrindən dəstək verilib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI