Modern.az

İstefa verən nazirin yerinə Consonun kadrı GƏTİRİLDİ

İstefa verən nazirin yerinə Consonun kadrı GƏTİRİLDİ

Dünya

19 Oktyabr 2022, 22:18

Böyük Britaniyanın istefa vermiş daxili işlər nazirinin yerinə yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

 

Qrant Şapps Britaniyanın daxili işlər naziri vəzifəsinə gətirilib. O, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hökumətində nəqliyyat naziri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, 43 gün əvvəl baş nazir Liz Trass tərəfindən təyin edilən daxili işlər naziri Braverman şəxsi elektron poçt ünvanından rəsmi sənəd göndərməklə təhlükəsizlik qaydalarını pozub və bu səbəbdən vəzifəsindən istefa verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI