Almaniyada ən böyük fitnes-klublar şəbəkəsinin "McFit"in təsisçisi, milyonçu Rayner Şallerin olduğu təyyarə ilə əlaqə kəsilib.
Modern.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Nəşr bildirib ki, içərisində 5 almanın olduğu təyyarə ötən şənbə günündən axtarılır.
Qeyd edilib ki, Almaniya saatı ilə 2:00-da təyyarə Kosta-Rika sahillərində olarkən anidən radarlardan itib.
Milyonçunun şəxsi təyyarəsilə Meksikadan Kosta-Rikaya uçarkən, yanında sevgilisi Kristiana Şikorski, uşaqları Aron və Fin, eyni zamanda, Markus Kurrek adlı bir şəxs də olub.