Modern.az

Semyon Peqov Ukraynada minaya düşdü

Semyon Peqov Ukraynada minaya düşdü

Dünya

23 Oktyabr 2022, 19:57

Rusiyalı hərbi jurnalist Semyon Peqov Ukraynada piyada əleyhinə minaya düşüb.

 

Modern.az xəbər verir ki, Donetsk xəstəxanasına yerləşdirilən Peqovun ayağından yaralandığı bildirilir.

 

***

 

Ermənipərəst rus hərbi jurnalist Semyon Peqov Ukraynada yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun rəhbəri olduğu “WarGonzo” teleqram kanalı məlumat yayıb.

 

Peqovun Donetsk yaxınlığında yaralandığı deyilir. Hadisənin detalları ilə bağlı məlumat veriləcəyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI