Modern.az

Yeni baş nazir ilk onunla görüşdü

Yeni baş nazir ilk onunla görüşdü

24 Oktyabr 2022, 00:50

Fransa prezidenti Emmanuel Makron və İtaliyanın yeni baş naziri Giorgia Meloni arasında ilk görüş baş tutub.

 

Modern.az xəbər verir ki, qeyri-rəsmi görüş Romada keçirilib.

 

Hazırda İtaliyada rəsmi səfərdə olan Makron görüşdən sonra "Twitter" səhifəsində italyan dilində iki ölkənin "dialoq və ambisiya ilə" birlikdə işləməyə davam etməli olduğunu bildirib.

 

İtaliya hökuməti qeyd edib ki, Makron və Meloni cari Avropa məsələlərini, o cümlədən enerji qiymətlərinin artmasını, Ukraynaya dəstək və miqrant axınının idarə edilməsi zərurətini müzakirə ediblər.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?