Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Böyük Britaniyanın yeni seçilən Baş naziri Rişi Sunakı təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə Mişel özünün "Twitter" hesabında yazıb.
Mişel vurğulayıb ki, Avropa İttifaqı və Britaniya ortaq problemlər üzərində birlikdə işləməlidirlər:
"Birgə işləmək ümumi problemlərlə üzləşməyin yeganə yoludur və çətinliklərin öhdəsindən gəlmək üçün əsas məsələ sabitliyin bərqərar olmasıdır".
Qeyd edək ki, Sunak bu gün Britaniya parlamentində baş tutan səsvermə nəticəsində Mühafizəkarlar Partiyasının lideri və ölkənin Baş naziri seçilib.
Akif İsmayılov