Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin müharibə ilə bağlı neytrallığını tənqid edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski "Haaraetz" qəzetinə danışıb.
Zelenski İsrail liderlərinin Kiyevi dəstəkləməməsinin Rusiyanın İranla hərbi tərəfdaşlığını təşviq etdiyini qeyd edib.
"Sizin siyasətçiləriniz vaxtında yalnız bir qərar qəbul etsəydilər, onların bu ittifaqı baş tutmazdı... Deyəsən, bu qərar çoxdan qəbul edilib - 2014-cü ildə, Rusiya Ukraynaya qarşı təcavüzünə başlayanda", - Zelenski deyib.