Bu qış Ukrayna tarixində ən çətin qış olacaq.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.
O bildirib ki, ukraynalılar rahatlaşmamalıdır, çünki hələ Ukraynanın qələbəsinə gedən yolla irəliləmək lazımdır və bu, çətin yoldur.
"Biz bunu edirik, biz hamımız ukraynalıyıq, avropalıyıq, azadlığa dəyər verən bütün dünya insanlarıyıq”, - Zelenski qeyd edib.
Akif İsmayılov