Oktyabrın 25-də Kiyev və regionda hava həyəcanı siqnalı verilib.
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri, polkovnik Yuri İqnat məlumat verib.
O bildirib ki, ruslar Belarus ərazisindən “Şahed” kamikadze pilotsuz təyyarələrini havaya buraxıblar.
Polkovnikin sözlərinə görə, işğalçılar İranın 10 pilotsuz təyyarəsini havaya buraxıblar: "Bu, onların Kiyevə Belarusdan ilk hücumu deyil”.
O, həmçinin əlavə edib ki, gün ərzində Ukrayna müdafiəçiləri üçün pilotsuz təyyarələri vurmaq daha asandır, çünki hədəf vizual olaraq daha yaxşı görünür.