Modern.az

Türkiyə “Dəli” kamikadze PUA-sını təqdim etdi

Türkiyə “Dəli” kamikadze PUA-sını təqdim etdi

Dünya

25 Oktyabr 2022, 19:36

Türkiyədə bu gün keçirilən "Saha" müdafiə sənayesi sərgisində "Dəli" adlı pilotsuz uçuş aparatı (PUA) təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Əvvəlcə Qarabağda, indi isə Ukraynada davam edən müharibədə aktiv istifadə edilən kamikadze PUA sinfinə aid olan "Dəli" Türkiyənin "Titra" şirkəti tərəfindən istehsal olunub.

 

1 saatdan artıq havada qalmağı bacaran PUA saatda 180 kilometr sürətlə hədəflərə hücum edərək özünü və hədəfi məhv edə bilir. PUA 80 kilometr məsafəyə kimi hərəkət etmək qabiliyyətinə malikdir.

 

Hazırda kamikadze PUA-nın sınaqları davam edir və ilin sonunadək testlərin başa çatması gözlənilir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI