Norveç təhlükəsizlik xidməti Tromso şəhərində Rusiyaya casusluq edən şəxsi həbs edib.
Modern.az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.
Bildirilib ki, həbs edilən şəxs 30-40 yaşlı Braziliya vətəndaşıdır. Lakin polis onun saxta sənədlər hazırladığını hesab edir, casusun Rusiya vətəndaşı olduğu və Rusiya kəşfiyyatına işlədiyi bildirilir.
Adı açıqlanmayan casus 2021-ci ildə Norveçə gəlib, Tromso Universitetində şimal bölgəsinin problemləri və hibrid təhlükələri öyrənib.
Məlumata görə, həmin şəxs oktyabrın 24-də işə gedərkən hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Hazırda onunla bağlı araşdırma aparılır.
Akif İsmayılov