Modern.az

Almaniya Ukraynaya əlavə raket sistemləri göndərəcək 

Almaniya Ukraynaya əlavə raket sistemləri göndərəcək 

Dünya

26 Oktyabr 2022, 00:37

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin Ukraynaya əlavə raket sistemləri və artilleriya qurğuları verəcəyini bildirib.

 

Modern.az "Unian" agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında danışıb.

 

Ştaynmayer Almaniyanın yaxın vaxtlarda Ukraynaya daha iki ədəd "Mars II" raket sistemi və 4 ədəd "Panzerhaubitze 2000" artilleriya qurğuları təhvil verəcəyini deyib.

 

Prezident silahların yaxın günlərdə Ukraynaya çatdırılacağına söz verib.

 

Qeyd edək ki, müharibənin başlamasından bəri Almaniya Ukraynaya müxtəlif raket və artilleriya qurğuları, mərmilər, hava hücumundan müdafiə sistemləri göndərib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI