Modern.az

Zelenski Rişi Sunakı Ukraynaya dəvət etdi

Zelenski Rişi Sunakı Ukraynaya dəvət etdi

Dünya

26 Oktyabr 2022, 01:03

Rişi Sunak Britaniyanın baş naziri statusunda ilk rəsmi telefon danışığını Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Sunak özünün "Twitter" hesabında məlumat yayıb.

 

"Bu axşam Ukrayna prezidenti Zelenski ilə danışmaq bir imtiyazdır. Həm o, həm də Ukrayna xalqı Böyük Britaniyanın davamlı dəstəyinə və həmrəyliyinə güvənə bilər. Biz hər zaman Ukraynanın yanında olacağıq" - deyə Sunak qeyd edib.

 

Zelenski öz növbəsində yeni baş naziri Ukraynaya dəvət edib və Sunakla Ukrayna-Britaniya münasibətlərinin yeni səhifəsini yazmaq barədə razılığa gəldiklərini bildirib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI