Modern.az

Rus əsgərləri Xersondan qaça bilməyəcək - Reznikov

Rus əsgərləri Xersondan qaça bilməyəcək - Reznikov

Dünya

26 Oktyabr 2022, 09:28

Rus əsgərləri İzyumda olduğu kimi Xerson şəhərini də tərk edə bilməyəcəklər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksiy Reznikov deyib.

 

"Rusların küçə döyüşünə başlayacağına inanmıram. Çünki bu, onlar üçün yaxşı olmayacaq. Biz Dnepr çayı üzərindəki bütün körpülərə HIMARS və digər artilleriyadan istifadə edərək nəzarət edirik. Onların qalmaları risklidir. Ruslar İzyumda olduğu kimi qaça bilməyəcəklər”, - Reznikov bildirib.

 

Nazir vurğulayıb ki, Ukraynadakı müharibə hazırda işğal olunmuş ərazilərin azad edilməsinin üçüncü mərhələsindədir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI