Modern.az

Şahın oğlu atasından danışdı: çox əzab-əziyyətdən sonra…

Şahın oğlu atasından danışdı: çox əzab-əziyyətdən sonra…

Dünya

26 Oktyabr 2022, 12:12

“26 oktyabr tarixini İran milli inqilabının başlanğıc günü hesab edirəm. Bu gün öz torpağında qəddar rejim tərəfindən öldürülən gənc qız Məhsa Əmininin 40 mərasimidir”.

Modern.az xəbər verir ki, bunu İran şahının mühacirətdəki oğlu Rza Pəhləvi növbəti müraciətində bildirib.

Rza Pəhləvi oktyabr ayının onun üçün xüsusi önəm daşıdığını qeyd edib.

“Oktyabrın 4-ü tarixinin mənim üçün başqa bir mənası var: çox əzab-əziyyətdən sonra qərib torpaqda, dərin hüznlə dəfn edilən atamın doğum günüdür (1979-cu ildə devrilmiş şah Məhəmmədrza Pəhləvi-red.)”.

Rza Pəhləvi deyib ki, vətən həsrəti ilə qərib diyarda yaşamaq neçə-neçə sürgün iranlının illərdir çəkdiyi əzab-əziyyətdir.

“Hamımız zəfər gününü, vətənin dini diktaturanın zülm zəncirlərindən azad olunmasını gözləyirik.
İranlı qadınların ayağa qalxması ilə başlayan etirazların davam etməsi və genişlənməsi sayəsində o gün yaxındır; xalqın düşmənlərinin düşündüyündən daha yaxındır”, - Rza Pəhləvi deyib

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI