Polşa parlamenti Rusiya hakimiyyətini "terrorçu rejim" kimi tanıyıb.
Modern.az xəbər verir ki, Rusiya ilə bağlı qətnamənin müzakirəsində Senatın 85 üzvü səsvermədə iştirak edib və sənədə lehinə səs verib.
Polşa parlamenti dünya ölkələrini Ukraynada törədilən cinayətləri araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə dəstək göstərməyə çağırıb.