Modern.az

Ərdoğan İsveçin yeni baş nazirini Türkiyəyə çağırdı

Ərdoğan İsveçin yeni baş nazirini Türkiyəyə çağırdı

Dünya

26 Oktyabr 2022, 20:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin yeni Baş naziri Ulf Kristersson ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb.

 

Telefon danışığı zamanı Türkiyə - İsveç münasibətləri müzakirə olunub, eyni zamanda İsveçin NATO-ya üzvlüyü məsələsinə toxunulub.

 

Ərdoğan Kristerssonu İsveçin Baş naziri seçilməsi münasibətilə təbrik edib və onu Ankaraya rəsmi səfərə dəvət edib.

 

Türkiyə lideri, həmçinin İsveç hökuməti ilə ikitərəfli əlaqələri hər sahədə inkişaf etdirməyə hazır olduğunu bildirib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI