Modern.az

ABŞ və İsrail prezidentləri İranı müzakirə etdi 

ABŞ və İsrail prezidentləri İranı müzakirə etdi 

Dünya

26 Oktyabr 2022, 22:20

ABŞ Prezidenti Co Bayden Vaşinqtonda İsrail Prezidenti İsaak Hersoq ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

İki lider Tehranın nüvə proqramı və İran silahlarının Rusiyaya tədarükü ilə bağlı müzakirələr aparıb.

 

Hersoq Baydenlə birlikdə gələn ay Misirdə keçiriləcək BMT-nin iqlim dəyişikliyi sammitində iştirak edəcəklərini bildirib.

 

Qeyd edək ki, Hersoq çərşənbə axşamı Vaşinqtona iki günlük səfərə gedib. O, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, dövlət katibi Entoni Blinken, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI