Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan güclü liderdir və öz ölkəsinin maraqlarından çıxış edir.
Modern.az xəbər verir ki, bunu “Valday” diskussiya klubunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.
“Ərdoğan heç vaxt imkan verməz ki, kimsə onu özgə maraqlarını rəhbər tutmağa məcbur etsin”, - Putin bildirib.
Rusiya lideri, həmçinin Ərdoğanı çətin, lakin etibarlı tərəfdaş adlandırıb.