Modern.az

Moldova rus diplomatı ölkədən QOVDU

Moldova rus diplomatı ölkədən QOVDU

Dünya

31 Oktyabr 2022, 20:30

Moldova Rusiya səfirliyinin əməkdaşını "persona non-qrata" elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Rusiya səfiri XİN-ə çağırılıb, ona səfirliyin işçisinin Moldovanı tərk etməli olduğu barədə məlumat verilib.

 

Moldova tərəfi bu gün Rusiyanın Ukraynaya atdığı raketlərdən birinin qalıqlarının ölkə ərazisinə düşdüyünü açıqlayıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?