Modern.az

İran Rusiyaya yeni silahlar göndərəcək 

İran Rusiyaya yeni silahlar göndərəcək 

1 Noyabr 2022, 23:15

İran 2022-ci ilin sonuna qədər Rusiyaya 1000-ə yaxın silah tədarük edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə CNN Qərb ölkələrindən birinin rəsmilərinə istinadən məlumat yayıb.

 

Telekanalın məlumatına görə, silahların tədarükünə pilotsuz uçuş aparatları (PUA) və qısa mənzilli ballistik raketlər daxil olacaq. 

 

CNN-in yaydığı xəbərə əsasən, bir müddət əvvəl İran Rusiyaya Ukraynadakı müharibədə istifadə edilən 450 PUA göndərib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?