Modern.az

Zelenski Ərdoğanla danışıqlar APARDI 

Zelenski Ərdoğanla danışıqlar APARDI 

Dünya

2 Noyabr 2022, 22:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.

 

O, taxıl sazişinin qorunub saxlanmasında fəal iştirak etdiyinə, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Ərdoğana təşəkkür edib.

 

“Ukraynalı əsirlərin və siyasi məhbusların qaytarılması üçün gələcək addımları müzakirə etdik. Bu məsələdə Türkiyənin dəstəyinə ümid edirəm”, - deyə Zelenski bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu