Modern.az

İranda polis bölməsinə hücum edildi 

İranda polis bölməsinə hücum edildi 

Dünya

2 Noyabr 2022, 23:28

İranın Sistan və Bəlucistan vilayətində yerləşən polis bölmələrindən birinə silahlı hücum edilib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər bölgədə yerləşən Xaş şəhərindəki polis bölməsinə atəş açıblar.

 

Polis hücum edən şəxslərə cavab atəşi açıb. Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

 

İnsidentin kimlər tərəfindən törədilməsi barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?