Modern.az

Putin fərman imzaladı - Ukraynada döyüşənlərə pul veriləcək

Putin fərman imzaladı - Ukraynada döyüşənlərə pul veriləcək

Dünya

4 Noyabr 2022, 00:51

Rusiya prezidenti Vladimir Putin Ukraynada döyüşmək üçün səfərbərliklə orduya cəlb edilən hərbçilərə 195 min rubl  verilməsi barədə qərar imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Kremlin saytında dərc olunan fərmanda Putin bildirib ki, müqaviləli əsgərlərə və hərbi xidmətə çağırılanlara “əlavə sosial dəstək tədbirləri” təmin ediləcək.

 

Rusiyada müqaviləli əsgərlər üçün təklif edilən minimum aylıq əmək haqqı 160.000 rubl (2.700 ABŞ dolları) təşkil edir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI