Modern.az

Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-dan xəbərdarlıq

Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-dan xəbərdarlıq

Dünya

4 Noyabr 2022, 19:38

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında məlumat yayılıb.

 

Qeyd olunub ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər.

 

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb: “Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir".

 

Xatırladaq ki, sabah Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu