Modern.az

Fransa və Britaniya liderləri görüşəcək

Fransa və Britaniya liderləri görüşəcək

Dünya

6 Noyabr 2022, 22:25

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın yeni lideri Rişi Sunakla görüşəcək.

 

Modern.az xəbər verir ki, görüş Misirdə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransı (COP27) çərçivəsində baş tutacaq.

 

Məlumatı Yelisey sarayı da təsdiqləyib.

 

Dövlət başçılarının Ukraynadakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI