Modern.az

İsveçin yeni baş naziri Türkiyəyə gəlir

İsveçin yeni baş naziri Türkiyəyə gəlir

Dünya

6 Noyabr 2022, 23:50

İsveçin yeni baş naziri Ulf Kristersson prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, səfər noyabrın 7-8-də baş tutacaq.

 

Ankarada keçiriləcək rəsmi görüşlərdə Türkiyə-İsveç əlaqələri müzakirə ediləcək. 

 

Həmçinin İsveçin NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, qlobal və regional problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI