ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, məlumatı Ağ Ev yayıb.
Tərəflər Şoltsun Çinə səfərini və Ukraynaya yardımları müzakirə ediblər.
Rəsmi məlumatda deyilir ki, liderlər Rusiyanın nüvə silahı ilə bağlı son təhdidlərini məsuliyyətsizlik adlandırıb.
Bayden və Şolts ABŞ ilə Almaniyanın Ukraynaya iqtisadi, humanitar və hərbi yardım göstərməklə bağlı birgə öhdəliklərini vurğulayıblar.