Yepiskopların, din xadimlərinin iştirakı ilə Fransız Yepiskoplar Konfransı keçirilib.
Modern.az xəbər verir ki, konfransda çıxış edən kardinal Jan-Pierre Rikar 14 yaşlı qıza təcavüz etdiyini etiraf edib.
“35 il əvvəl kilsədə keşiş olarkən 14 yaşlı bir gəncə təcavüz etdim.Mənim davranışım istər-istəməz bu insan üçün çox ağır nəticələrə səbəb olub".
Rikard bağışlanmasını xahiş edərək, vəzifəsindən istefa verəcəyini bildirib. O, həmçinin məhkəmə orqanları və kilsə ilə əməkdaşlığa hazır olduğunu da qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Fransada 11 yepiskop cinsi təcavüzdə günahlandırılıb.