Modern.az

Saakaşviliyə vərəm diaqnozu qoyulub - Vəkil

Saakaşviliyə vərəm diaqnozu qoyulub - Vəkil

Dünya

8 Noyabr 2022, 14:53

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşviliyə həkimlər tərəfindən vərəm və demensiya diaqnozu qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-inə onun vəkili Şalva Xaçapuridze bildirib.

 

“Söhbət həkimlərin ehtimal olunan diaqnozlarından gedir və onlar hələ yekun deyil, bu sadəcə fərziyyədir, həmçinin Mixail Saakaşvilidə daha 34 ehtimal olunan xəstəlikdir”, - vəkil əlavə edib.

 

Xatırladaq ki, M. Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. Gürcüstanın sabiq Prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI