Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstan və Özbəkistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çavuşoğlu 9-11 noyabr tarixlərində Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısında Prezident Rəcəb Tayyib Ərdoğanı müşayiət edəcək və TDT xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək.
XİN başçısı, həmçinin Türkiyə Fəxri Baş Konsulluğunu açmaq üçün noyabrın 9-da Qazaxıstana da səfər edəcək.