Bu gün, noyabrın 8-də ABŞ Konqresinə aralıq seçkilər keçirilir.
Modern.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin başçılıq etdiyi demokratlar ölkənin qanunverici orqanının hər iki palatasındakı çoxluğu itirmək təhlükəsi ilə üzləşiblər.
Sorğulara görə, keçmiş prezident Donald Trampın rəhbərlik etdiyi respublikaçıların Nümayəndələr Palatasına nəzarəti bərpa etmək və Senatda çoxluğu əldə etmək şansı yüksəkdir.
Aralıq seçkilərdə Nümayəndələr Palatasında 435 yerin və Senatda 100 yerdən 35-nin taleyi müəyyən ediləcək. Hər iki palatada çoxluğu itirmək Bayden administrasiyasının işini ciddi şəkildə çətinləşdirəcək, respublikaçılar Konqresdə onun təkliflərini tamamilə bloklaya biləcəklər.
Akif İsmayılov