İtaliya Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri də daxil ediləcək.
Məlumata görə, İtaliya Ukraynanı SAMP/T orta mənzilli hava hücumundan müdafiə sistemləri, "Aspide", eləcə də portativ “Stinger” raketləri ilə təmin edə bilər.
Bundan əvvəl ABŞ, Böyük Britaniya, İspaniya və digər ölkələr Ukraynaya hava hücumundan müdafiə sistemləri verib.
Akif İsmayılov