Rusiya vaxtaşırı ABŞ rəsmiləri ilə əlaqə saxlayır.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, təmasların hər iki ölkənin konkret dövlət qurumları arasında olduğunu, lakin Rusiya Xarici İşlər Nazirliyinin bu işə qarışmadığını bildirib.
Zaxarova dünyanın iki ən böyük nüvə dövləti arasında nüvə silahlarının azaldılması müqaviləsi üzrə tezliklə məsləhətləşmələrin aparılacağını təsdiqləyib.
Akif İsmayılov