Modern.az

NATO rəhbəri Sunakla görüşdü - Gündəm Ukraynadır

NATO rəhbəri Sunakla görüşdü - Gündəm Ukraynadır

Dünya

9 Noyabr 2022, 22:34

NATO-nun Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Londonda baş tutub.

 

Görüşdən sonra Stoltenberq bildirib ki, NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya görünməmiş dəstək verirlər.

 

"Hamı nə qədər lazımdırsa, köməyi davam etməyə hazırdır. Təbii ki, hər zaman fərqli fikirlər var. Demokratik cəmiyyətlərdə həmişə belədir, lakin ümumi çoxluq, NATO müttəfiqlərinin açıq mesajı ondan ibarətdir ki, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Onların qalib gəlməsi, Ukraynanın Avropada suveren müstəqil dövlət kimi mövcudluğu bizim marağımızdadır", - Baş katib deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI