Modern.az

Ərdoğan Ermənistana şərt İRƏLİ SÜRDÜ

Ərdoğan Ermənistana şərt İRƏLİ SÜRDÜ

Dünya

10 Noyabr 2022, 10:50

“Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Ərdoğan Ermənistana mesaj verdiyini də diqqətə çatdırıb:

 

“Ermənistana açıq və konkret şəkildə dedim ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq. Biz Ermənistandan bunu gözləyirik. Hazırda bu mərhələyə gəlmişikmi? Bunu deyə bilmərəm”.

 

Türkiyə lideri Fransa və ABŞ-dakı erməni diasporunun davamlı olaraq normallaşma prosesinin əleyhinə olduğunu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI