Ukrayna ordusu ölkənin cənubunda 41 yaşayış məntəqəsini ruslardan təmizləyib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı məlumat verib.
“Bu gün cənubdan şad xəbərlər var. 41 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu irəliləyişi təmin edən bütün qəhrəmanlarımıza minnətdaram”, - Zelenski bildirib.