Modern.az

“Mən qapıları çırpmamışam” - Zelenski Putinlə danışıqları mümkün sayır

“Mən qapıları çırpmamışam” - Zelenski Putinlə danışıqları mümkün sayır

11 Noyabr 2022, 10:27

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, o, Rusiya lideri Vladimir Putinlə danışıqlardan imtina etməyib. Bununla yanaşı, Zelenski Moskvanın Kiyevin şərtləri ilə sülh bağlamaq istəyini görmədiyini qeyd edib.


Modern.az xəbər verir ki, Ukrayna prezidenti CNN telekanalına müsahibəsində deyib ki, onun oktyabrda Putinlə diplomatiyaya keçməkdən imtina ilə bağlı imzaladığı fərman Rusiya ritorikasının dəyişməsini istisna etmir.


"Mən qapıları çırpmamışam. Demişəm ki, biz Rusiya ilə danışmağa hazırıq, amma başqa bir Rusiya ilə. Hansı ki, həqiqətən sülhə, işğalçı olduğunu etiraf etməyə hazır olan bir Rusiya ilə", - Zelenski bildirib.


Zelenski eyni zamanda ədalətin bərqərar olması üçün Ukraynanın bütün ərazilərinin, o cümlədən 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasında israrlı olduğuna işarə edib.
 

"Amma indiyə qədər mən Rusiya Federasiyasından ərazilərin geri qaytarılacağı barədə bəyanatlar eşitməmişəm - nə Putindən, nə də başqalarından", - deyə Ukrayna prezidenti fikrini yekunlaşdırıb.


“Politico” yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Vladimir Putin dövründə Rusiya Federasiyası ilə sülh danışıqlarına dair iddia edilən yeni mövqeyi Bayden administrasiyasının yumşaq hərəkəti ilə bağlıdır.


Daha sonra Ukrayna mətbuatı bu məlumatı təkzib edib. Mənbələr əmin ediblər ki, “sülhə” meyl yoxdur.


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton Moskvanın Ukrayna ilə danışıqlarda iştiraka hazır olduğuna dair heç bir əlamət görmür. Eyni zamanda ABŞ prezidenti Co Bayden Rusiya ilə danışıqlar məsələsinin Ukraynadan asılı olduğunu bildirib.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI