Rusiya ABŞ prezidenti Co Baydenin bacı və qardaşlarına qarşı sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya ümumilikdə 200 ABŞ vətəndaşını "qara siyahı"ya salıb.
Siyahıda ABŞ prezidenti Co Baydenin iki qardaşı, Ceyms və Frensiz Baydenlər, bacısı Valeri Bayden Ouens də yer alıb.