Ukrayna Belarusla sərhəddə divar tikir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko özünün "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, Volın vilayətində sərhədin 3 kilometrə yaxın hissəsində divar çəkilir. Hazırda Rusiya ilə həmsərhəd rayonlarda istehkamlar tikilir.
Kirilo Timoşenko, həmçinin qeyd edib ki, Rovne və Jitomir vilayətlərində işlər aparılır.
Akif İsmayılov