Modern.az

ABŞ-da Ukrayna ilə bağlı fikir ayrılığı - General Baydenə qarşı çıxdı

ABŞ-da Ukrayna ilə bağlı fikir ayrılığı - General Baydenə qarşı çıxdı

11 Noyabr 2022, 22:54

ABŞ administrasiyasında Ukrayna münaqişəsinin həlli ilə bağlı fikir ayrılıqları yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə "New York Times" nəşri məlumat yayıb.

 

İddialara əsasən, mübahisə Ukrayna və Rusiya arasında danışıqların mümkünlüyü ilə bağlıdır.

 

Belə ki, qəzetin mənbələrinə görə, ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukrayna silahlı qüvvələrinin hücum potensialının tükəndiyinə inanır, bu səbəbdən Kiyevi danışıqlar masasına oturtmaq üçün təzyiqləri artırmağa çağırıb.

 

Prezident Co Bayden və onun müşavirləri buna qarşı çıxıb. Onlar hesab edirlər ki, hərbi əməliyyatların dayandırılması Rusiyanın xeyrinədir.

 

Bayden bir müddət əvvəl Ukraynadakı münaqişənin Rusiya qoşunlarının ölkədən çıxarılması ilə bitəcəyini açıqlamışdı. Ukrayna prezidenti Volodimir Zelenski də Rusiya ilə danışıqların mümkünlüyündən danışıb. O, Moskva ilə dialoq qapısını bağlamadığını qeyd edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?