Modern.az

Məmmədov Ukraynanı Türk dövlətləri ilə əməkdaşlığa ÇAĞIRDI

Məmmədov Ukraynanı Türk dövlətləri ilə əməkdaşlığa ÇAĞIRDI

Dünya

11 Noyabr 2022, 23:25

Ukraynanın sabiq baş prokuror müavini Gündüz Məmmədov rəsmi Kiyevi Türk Dövlətləri Təşkilatı (TDT) ilə fəal əməkdaşlıq etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə, o, özünün "Twitter" hesabında yazıb.

 

G.Məmmədov qeyd edib, ölkənin maraqlarını müdafiə etmək, Rusiya ordusu və onun marionetləri tərəfindən törədilən cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün hər bir platforma Ukrayna üçün vacibdir. 

 

"Səmərqənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Zirvə Görüşü keçirilir. Ukraynanın təşkilatla fəal əməkdaşlıq etməsi məqsədəuyğun olardı.

 

Yerli xalqları Krım tatarları, karaitlər və krımçaklar olan bir dövlət kimi Ukrayna bu platformadan Krımın yerli əhalisinin qorunması üçün effektiv mexanizmlər hazırlamaq məqsədilə istifadə edə bilər", - deyə Gündüz Məmmədov bildirib.

 

Azərbaycan əsilli keçmiş məmur Ukraynanı təşkilatda müşahidəçi statusu almağa çağırıb. 

 

Xatırladaq ki, G.Məmmədov 1974-cü ildə Gəncədə dünyaya göz açıb. O, 1996-cı ildə Odessa şəhər, Primorski rayon prokurorunun köməkçisi, daha sonra birinci müavin vəzifəsində çalışıb.


2012-2013-cü illərdə Kiyev vilayət prokurorluğu, ardınca Dnepropetrovski ekologiya prokurorluğunda işləyib.

 

2014-cü ilin iyulundan Odessa prokurorluğunda müxtəlif vəzifələrdə işləyib, 2015-ci ilin dekabrından isə Odessa prokurorunun müavini olub.

 

2016-cı ilin avqustundan Krım Muxtar Vilayətinin prokuroru işləyib. 2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini vəzifəsində fəaliyyətini davam etdirib. 2021-ci ildə vəzifəsindən istefa verib.
 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI