Almaniyanın Ukraynaya yardımında prioritet Kiyevə Rusiyanın hava hücumlarından müdafiəyə və infrastrukturun bərpasına kömək etmək olmalıdır.
Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts RND qəzetinə müsahibəsində bildirib.
O deyib ki, Avropa Ukraynadan daha çox qaçqın qəbul etməyə hazırlaşmalıdır:
"Rusiya Ukraynanın enerji infrastrukturunu bombalayır. Rusiya əmin olmaq istəyir ki, Ukraynada insanlar qışın soyuğundan sağ çıxa bilməyəcəklər. Biz hazırda bir çox alman şirkətləri ilə dağıntıların qarşısını almaq üçün nə edə biləcəyimizi müzakirə edirik".
Şolts qeyd edib ki, Almaniyanın Ukraynaya göndərdiyi hava hücumundan müdafiə sistemləri indiyədək dağıntıları minimuma endirməkdə mühüm rol oynayıb.
O, həmçinin vurğulayıb ki, Almaniya daha çox sistem göndərmək üçün tərəfdaşlarla çalışacaq.
Akif İsmayılov