İranda 4.5 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Zəlzələ Bəndər Abbas şəhərində baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 22:14-də qeydə alınıb. Dağıntı və xəsarət alanlar barədə hələlik açıqlama verilməyib.