Modern.az

G20 liderləri Rusiyaya görə birgə foto çəkdirməyəcək  

G20 liderləri Rusiyaya görə birgə foto çəkdirməyəcək  

Dünya

12 Noyabr 2022, 12:06

Dünya liderləri gələn həftə Balidə G20 sammiti zamanı ənənəvi birgə foto çəkilişi mərasimində iştirak etməyəcəklər.

 

Modern.az xarici KİV-lərə istinadən zəbər verir ki, buna səbəb Rusiyanın sammitdə iştirakı ilə bağlı yaşanan ümumi diskomfortdur. 

 

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin sammitdə iştirak etməyəcəyini açıqlasa da, ölkənin XİN rəhbəri Sergey Lavrov Rusiyanı sammitdə təmsil edəcək. 

 

Xatırladaq ki, G20 sammiti noyabrın 15-16-sı İndoneziyanın Bali adasında baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI