İndiyə kimi Ukrayna-Rusiya müharibəsində 430 uşaq öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, noyabrın 12-nə olan məlumata görə, 279 uşaq itkin düşüb, 11028-i deportasiya edilib, 7460-ı tapılıb, 96-sı geri qaytarılıb.
Məlumata əsasən, müharibə nəticəsində 430 uşaq ölüb, 829 uşaq isə yaralanıb.
Qeyd edək ki, ümumilikdə müharibədən 1229 ukraynalı uşaq zərər görüb.