Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı siyasi, ticarət-iqtisadi, o cümlədən nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi vurğulanaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib.